Məzmuna keç

Bəhruz Quliyev Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi

Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

E-huquq.az xəbər verir ki, Bəhruz Quliyev bundan əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustunda Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, Quliyev Bəhruz Faiq oğlu 1981-ci ildə Tovuz rayonunun Düz-Cırdaxan kəndində anadan olub. Aviasiya Akademiyasının məzunudur. O, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olub. Daha sonra Dövlət Gömrük Komitəsi gömrük-sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə”, 2021-ci ildə isə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Bəhruz Faiq oğlu Quliyevə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Mənbə: Haqqın.az