Məzmuna keç

“Azərkosmos” 15 min manatlıq sifariş verdi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" Publik Hüquqi Şəxsi “CanSat Azərbaycan 2023” müsabiqəsi çərçivəsində avadanlıqların və nəqliyyat vasitələrinin icarəsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Rişad Lətif oğlu Əliyev olub.

Məlumata görə, qalibə 14.758 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə