Məzmuna keç

“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib

Qeyd olunub ki, 17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı olmalıdır", – deyə məlumatda bildirilib.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.