Məzmuna keç

Hüquq və İnsan Haqları İnstitutu hüquqşünaslara və tələbələrə müraciət etdi

Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa Şurası arasında əldə olunmuş anlaşmaya əsasən, 27 iyul 2023-cü il tarixində “AİHK-nın 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçiriləcək.

E-huquq.az xəbər verir ki, təlim İnstitutun təlimçi-ekspertləri tərəfindən keçiriləcək.

Təlimə Vəkillər Kollegiyasının üzvləri (gənc vəkillər), hüquqşünas tələbələr, praktik hüquqşünaslar dəvətlidir.

İştirak etmək istəyənlər öz CV-lərini [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix: 21 iyul 2023-cü il, saat 12:00.

Təlimin gündəliyi iştirakçıların elektron poçtuna göndəriləcək.

Təlimin keçiriləcəyi ünvan: Bakı, Nəsimi rayonu Mərdanov qardaşları küç.117 C, Ritz plaza, 7-ci mərtəbə. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin konfrans zalı