Məzmuna keç

Ərdoğan Putinin avqustda Türkiyəyə səfər edəcəyini açıqladı

Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda Ankaraya səfər edəcək.

E-huquq.az xəbər verir ki, bunu cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Taxıl sazişinin” uzadılması məsələsindən danışan R.T.Ərdoğan qeyd edib ki, Ankara və Moskva bu kontekstdə eyni fikirdədir.

Türkiyə Prezidenti onu da qeyd edib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşdə əsas mövzu kimi Qərbi Trakya və yerli müftilərlə bağlı məsələlərin aradan qaldırılmasını təklif edib.

O, Ankara və Afinanın iki ölkə arasında münasibətlərdə müsbət istiqamətdə irəliləmək istədiklərini vurğulayıb.