Məzmuna keç

Ağdamda insan sümükləri aşkarlandı

Ağdamda insan sümükləri aşkarlanıb.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", – məlumatda qeyd edilib.