Məzmuna keç

Azərbaycanda çörək bahalaşacaq? –

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Taxıl sazişi"nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını açıqlayıb. Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O deyib ki, investorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur.

"Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir", – deyə deputat qeyd edib.

Azərbaycana gəldikdə isə V.Bayramov deyib ki, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur: "Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur".

Şəbnəm Mehdizadə