"Dövlət Məşğulluq Agentliyi" Publik Hüquqi Şəxsi xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu və beynəlxalq tədbirlərin təşkili ilə bağlı işlərin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Baku Holiday" MMC olub.
Məlumata görə, qalib şirkətə 34.880,8 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
