Məzmuna keç

Agentlik: “Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil ediblər və proses yekunlaşıb”

"Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib".

E-huquq.az əbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfransda çıxışı zamanı bildirib.

"Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışan şöbə müdiri bu prosesin yekunlaşdığını vurğulayıb.