Məzmuna keç

Pedaqoji Universitet 100 min manatlıq tenderinin nəticəsini açıqladı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin xidməti avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "RA Home" MMC olub.

Məlumata görə, qalib şirkətə 99.400 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə