- 10:59
"Kibertəhlükəsizlik bu gün əksər qabaqcıl dövlətlərin milli təhlükəsizlik siyasətində prioritet istiqamətlərindən biridir".
E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini Şərafət Həsənov 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin açılış mərasimində deyib.
O bildirib ki, son illər Azərbaycanda kibertəhlükəsizlik sahəsində mühüm tədbirlər həyata keçirilib: "Biz Azərbaycanda kritik informasiya strukturlarının mühafizəsinin daha da gücləndirilməsini həyata keçiririk. İnanırıq ki, bu yay məktəbində iştirak edən gənclərimiz peşəkar mütəxəsiss olaraq ölkəmizdə kiberəthlükəsizliyin təminatında fəal iştirak edəcəklər. Həmçinin qeyd etmək istərdim ki, tədbirdə dost ölkələrdən nümayəndələri görməkdən məmnunuq. Bu, dostluq-qardaşlıq münasibətlərinə mühüm töhfədir. Tədbirin təşkialtçılarına, təlimçilərə və iştirakçılara uğurlar arzulayıram".
Şəbnəm Mehdizadə