Məzmuna keç

Lənkəran icra başçısının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirdi

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, bu barədə Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb.