2023-cü ilin 6 ayı ərazində əhali sektorunda təbii qazla təmin olunan 1 689 244 abonent (ümumi abonentlərin 67,5%-i) 12 qəpiklik tarifdən istifadə edib.
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında məlumat verib.
Şöbə rəisi bildirib ki, hesabat dövründə 730 969 abonent (ümumi abonentlərin 29,2%-i) 20 qəpik tarifindən istifadə edib. 835 43 abonent (ümumi abonentlərin 3,3%-i) isə 25 qəpiklik tarifdən istifadə edib.
Şəbnəm Mehdizadə
