"Azəriqaz" 43 il istismarda olan qaz xətlərini yeniləyir - VİDEO


  • 27 Mart 17:56

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir.

E-huquq.az xəbər verir ki, Şamaxı rayonunun Qaravəlli kəndində 43 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış qaz xətləri yeni müxtəlif diametrli polad borularla əvəzlənir.

Sakinlərin sözlərinə görə, 1981-ci ildə çəkilən xətlər 70 fərdi yaşayış evi üçün nəzərdə tutulmuşdursa, indi kənddə evlərin sayı 250-ə çatıb. Layihəyə əsasən 9000 metr uzunluğunda küçə qaz xətti çəkiləcək ki, bununla da abonentlərin əsasən payız-qış mövsümündə mavi yanacaqla bağlı üzləşdikləri bir sıra çətinliklər də həllini tapacaq.

Qeyd edək ki, görülən işlər SOCAR-ın “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

Daha ətraflı:

Oxşar xəbərlər