Xankəndidə avtomat və qumbaralar aşkarlandı


  • 29 Mart 09:40

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Oxşar xəbərlər