İstanbulda baş verən yanğınla bağlı 9 nəfər saxlanılıb


  • 3 Aprel 14:12

Türkiyənin İstanbul şəhərində 29 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı saxlanılan şübhəlilərin sayı 9-a çatıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis baş verən yanğınla əlaqədar araşdırma aparır.

16 mərtəbəli binanın ən aşağı mərtəbəsində fəaliiyət gösətərn əyləncə mərkəzində baş verən yanğınla bağlı daha 8 şübhəli saxlanılıb.

Hadisənin qəsdən törədildiyinə dair iddialar var.

Xilas edilən 2 yaralının xəstəxanada müalicəsi davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər