- 24 Yanvar 23:17
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Ceyhun Bayramov aprelin 11-də Belarusa işgüzar səfər edib. Azərbaycan XİN başçısı bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.