Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşdü - FOTO+YENİLƏNDİ


  • 14 Aprel 23:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.

E-huquq.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

***

16.21

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Oxşar xəbərlər