Ağdamda minaatan qurğular aşkar edildi


  • 18 Aprel 09:04

Ağdam rayonunda minaatan qurğular aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər