"Azəriqaz" korroziyaya uğrayan qaz xətlərini yeniləyir - VİDEO


  • 18 Aprel 10:21

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində daim işlər görülür.

E-huquq.az xəbər verir ki, Ucar rayonunun Lək kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur. Sakinlərin sözlərinə görə kəndin qazlaşdırılması 30 il öncə həyata keçirilib.

Lakin vətəndaşlar tərəfindən pərakəndə şəkildə çəkilən bir çox xətlərdə qaz sızmaları baş verdiyindən təbii qazın verilişində ciddi problemlərlə üzləşiblər. İş icraçısı bildirir ki, 45 km-dək yeni çəkilən qaz xəttinin çəkilişi işləri yekunlaşdıqdan sonra bu kimi problemlər həllini tapacaq.

Daha ətraflı video materialda:

Oxşar xəbərlər