Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb


  • 18 Aprel 16:04

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

Bu barədə e-huquq.az-ın sorğusuna Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər