"Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirildı


  • 21 Aprel 15:53

“Yüksəliş” müsabiqəsi iştirakçılarının gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı” start götürüb.

E-huquq.az xəbər verir ki, imtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” üzrə aparılıb.

İştirakçıların onlayn formada qatıldıqları imtahanda 9 784 nəfər namizəd iştirak edib. Qeyd edək ki, bu sayda iştirakçının eyni anda vahid sistemə daxil olaraq imtahandan keçməsi ölkəmizdə bir ilkdir. “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60-dır.

Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran namizədlər mayın 1-dən 10-dək davam edəcək CV turunda iştirak imkanı qazanıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 25 dekabr 2023-cü ildə müvafiq sərəncam imzalanıb.

Oxşar xəbərlər