Məzmuna keç

Türkiyədə İŞİD-lə əlaqəsi olan 36 nəfər saxlanıldı

İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – paylaşımda deyilir.

DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.