Bakıda kafedən pul oğurlayan şəxs saxlanıldı


  • 23 Aprel 10:26

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə e-huquq,az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər