Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapıldı


  • 23 Aprel 18:17

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər