Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib


  • 24 Aprel 11:44

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

E-huquq.az xəbər verir ki, bu barədə "İnterfaks"a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 23-dək instintaq təcridxanasında qalacaq.

Bu işdə adı keçən digər şəxs - nazir müavininin tanışı Sergey Borodin də eyni müddətə həbs edilib.

Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

T.İvanovun saxlanması xəbəri aprelin 23-ü axşam saatlarında yayılıb. O, Müdafiə Nazirliyində idarə obyektlərinin inşasına və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub.

Oxşar xəbərlər