"Arbitraj mübahisələrin alternativ həlli üsulu kimi çox önəmlidir" - Kəmalə Mehdiyeva


  • 25 Aprel 11:17

"Arbitraj mübahisələrin alternativ həlli üsulu kimi çox önəmlidir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva "Azərbaycan Arbitraj Günləri" adlı konfransla bağlı danışarkən deyib

O bildirib ki, bu tədbir ölkəmizdə arbitrajla bağlı keçirilən ilk beynəlxalq konfransdır: "Bu, həm yerli, həm də xaricdən gələn hüquqşünaslar üçün çox önəmli bir tədbirdir. Tədbirdə 20-dən çox ölkədən hüquqşünaslar iştirak edir. Onlar öz təcrübələrini bizimlə bölüşəcəklər. Konfransda, həmçinin mürəkkəb hüquqi mövzular müzakirə olunacaq".

Oxşar xəbərlər