Peskov: Azərbaycan və Ermənistan arasında təmasların davam etməsinin tərəfdarıyıq


  • 27 Aprel 13:56

Rusiya bütün mübahisəli məsələlərin həlli və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etməsinin tərəfdarıdır.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”, - o qeyd edib.

Peskovun sözlərinə görə, bu, ümumi gərginlik və sülh müqaviləsinin imzalanmasına tezliklə nail olmaq üçün gündəmdəki bütün mübahisəli məsələlərin yekun həlli üçün zəruridir.

Oxşar xəbərlər