Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq


  • 30 Aprel 11:10

Mayın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

E-huquq.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd edək ki, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Oxşar xəbərlər