Məzmuna keç

Erkən nikahlarla bağlı vəziyyət açıqlanıb

“2021-ci ildə nigaha daxil olan 18 yaşadək qızların sayı 137 nəfər olub. 2022-ci ildə bu göstərici 270 nəfər olub”.

E-huquq.az xəbər verir ki, bu sözləri Ombudsman Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forumu çərçivəsində “Sosial məsələlər və həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, eyni zamanda 15-17 yaşlı analar tərəfindən diri doğulmuş uşaqların sayı 1650 nəfər olub: “2022-ci ildə isə bu göstərici 2011 olub”.

Şəbnəm Mehdizadə