Zaur Əliyev: "Azərbaycanda hüquq islahatlarının banisi Ulu Öndər Heydər Əliyevdir"


  • 7 May 13:35

"Azərbaycanda hüquq islahatlarının banisi məhz Ulu Öndər Heydər Əliyev olub".

E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası"nın açılış mərasimində deyib.

O qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ilk Konstitusiyamızın müəllifidir: "Hüquqi dövlətin əsasını təşkil edən qanunlar məhz onun rəhbərliyi altında hazırlanıb, institusional mexanizmlər yaranıb. Ona görə də hesab edirəm ki, bu gün keçirilən olimpiada ölkəmizin hüquq tarixinə xüsusi olaraq düşəcək".

"Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 il ötür. Fond Ümummilli Liderimizin adını ləyaqətlə daşıyır, onun xeyirxahlıq missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında uğurla davam etdirir. 20 il ərzində Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu çox böyük işlər görüb, böyük layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biri də məhz təhsilin inkişafı, təhsilin dəstəklənməsidir. Bu illər ərzində Fond tərəfindən yüzlərlə məktəb tikilib. Ən ucqar dağ kəndlərində belə yeni texnologiyalarla təchiz olunmuş məktəb və baxçalar istifadəyə verilib. Eyni zamanda Heydər Əliyev Fondu fəal şəkildə gəncləri dəstəkləyib. Yüzlərlə gəncimiz məhz Fondun dəstəyi ilə müxtəlif xarici ölkələrdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşıb. Bu gün həmin şəxslər öz Vətəninə xidmət edir. Bir daha Heydər Əliyev Fondunun rəhbərləriyinə öz təşəkkürümü bildirirəm", - deyə Z.Əliyev bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər