Novruz Məmmədov vəzifəsindən azad edildi


  • 7 May 15:59

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

E-huquq.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.

Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.

Oxşar xəbərlər