Balakəndə avtomobildən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb


  • 8 May 11:25

Balakəndə sürücüdən narkotik vasitə götürülüb.

E-huquq.az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əzimov Elbruz Natiq oğlu və Hüseynov Ruslan Fizuli oğlu saxlanılıb.

Sonuncunun idarə etdiyi “Toyota Prius” markalı maşına keçirilən baxış zamanı maşının arxa hissəsindən 1 ədəd ağ rəngli sintetik kisənin içərisindəki 04 ədəd üzəri yapışqan lentlə sarılmış bağlamalarda ümumi təmiz çəkisi 10 kq 505 qram olan və tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər