"Caspian Energy Forum Izmir 2024" oktyabr ayında keçiriləcək


  • 8 May 15:19

"Caspian Energy Club Tükiye" oktyabr ayında "Caspian Energy Forum Izmir 2024" təşkil edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club International"ın idarəedici direktoru və "Caspian Energy Club Tükiye"nin Müşahidə Şurasının üzvü Günel Quliyeva bildirib.

İki sessiyadan ibarət olacaq forum həm Davos formatını, həm də aparıcı ekspertlərin ənənəvi və alternativ enerji mövzularını əhatə edən fərdi təqdimat formatını dəstəkləyəcək. Forum Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi bütün ölkələrdə yaşıl enerjiyə keçid prosesləri, enerji sektorundakı tendensiyalar və s. bu kimi mövzuları əhatə edəcək.

"Məqsədimiz həmçinin regionda ən mühüm tədbirlərdən biri olan və yaxında Azərbaycanda keçiriləcək COP29-un əsas mövzularını işıqlandıraraq, tədbirdə qaldırılacaq diskussiyalara və proseslərə marağı artırmaqdır", -Günel Quliyeva qeyd edib.

Onun sözlərinə görə, məhz bu səbəbdən "Caspian Energy Forum Izmir 2024"ün keçirilmə tarixi COP29-dan əvvəl seçilib.

"Bizim beynəlxalq "Caspian Energy Forum Izmir 2024"ü keçirməyimizin əsas məqsədi fəaliyyət göstərdiyimiz ölkələrdəki ticari-iqtisadi və enerji prosseslərini daha geniş auditoriyanın diqqətinə çatdırmaqdır. "Caspian Energy Club"un ənənələrinə uyğun olaraq, biz bu forumun beynəlxalq statusunu qoruyub saxlayacağıq. Məruzəçilərimiz təkcə Azərbaycan və Türkiyədən deyil, fəal işlədiyimiz bütün ölkələrdən təmsil olunacaqlar", - o əlavə edib.

Oxşar xəbərlər