Ədliyyə Nazirliyinin komandası Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin qalibi olub - FOTO


  • 10 May 08:46

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin final oyunu keçirilib.

E-huquq.az xəbər verir ki, həlledici mərhələdə Fövqəladə Hallar Nazirliyinin komandası ilə qarşılaşan Ədliyyə Nazirliyinin komandası gərgin keçən mübarizədə rəqibinə 2-1 hesabı ilə qalib gələrək birinci yerin sahibi olub.

Dövlət qurumları, şirkətlər və müxtəlif təşkilatların 52 komandasının mübarizə apardığı yarışda Ədliyyə Nazirliyinin komandasının qələbəsi AFFA və Mini Futbol Federasiyası tərəfindən yüksək qiymətləndirilib və azarkeşlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.

Fəxri kürsünün birinci pilləsində qərarlaşan komandaya medallar və Çempionluq kuboku təqdim olunub. O cümlədən, komandanın oyunçusu Ələddin Cəlalov "ən yaxşı qapıçı", Anar İsgəndərov isə "ən yaxşı oyunçu" nominasiyalarında mükafatlara layiq görülüblər.

Oxşar xəbərlər