Bakıda itkin düşən 16 yaşlı qız tapılıb


  • 10 May 09:48

Bakıda itkin düşən 16 yaşlı tapılaraq ailəsinə təhvil verilib.

E-huquq.az-ın verdiyi məlumata görə, mayın 7-də Binəqədi rayonu, 8-ci mikrorayon, C.Hacıbəyli küçəsi, ev 58, mənzil 5-də yaşayan, 2008-ci il təvəllüdlü Aysel Süleymanova yaşadığı evdən çıxıb geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılıb və şəxs tapılaraq ailəsinə təhvil verilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər