Qurban Yetirmişli: "Şuşada seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb"


  • 10 May 10:31

Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) Agentliyinin (AFAD) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində ilkin işlər başa çatıb.

E-huquq.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda abadlıq işləri aparılır: "Stansiyanın quraşdırılması qalıb. Daha sonra Kəlbəcərdə, Cəbrayılda, Xankəndidə, Laçında, Qubadlıda kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar qurulacaq və əhali köçdükcə işlə təmin olunacaq".

Oxşar xəbərlər