Məzmuna keç

“Azəriqaz”ın baş direktoru bir qrup əməkdaşı mükafatlandırdı –

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Füzuli rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb.

E-huquq.az xəbər verir ki, qurum rəsmisi hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə yaxından maraqlanıb.

Daha sonra baş direktor Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan 9 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Birlik rəhbəri görüşdə iştirak edən bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.