- 17:11
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öhdəliyinin 13,865 milyard manatdan 15,27 milyard manata, Dövlət Gömrük Komitəsinin öhdəliyinin isə 5,9 milyard manatdan 6,4 milyard manata çatdırılması nəzərdə tutulur.
E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, vergi-gömrük orqanlarının büdcə öhdəliyi 1,905 milyard manat artırılır.