Müdafiə Nazirliyinin generalı istefaya göndərildi - YENİLƏNİB


  • 29 May 14:28

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.

***

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı nazir Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Oxşar xəbərlər