Məzmuna keç

Davud Rüstəmov: “Kiberhücumlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir”

"Azərbaycanda kritik informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığını təmin etmək üçün yeganə və effektiv yol kibertəhdid məlumatlarının ən qısa müddətdə mübadilə olunmasıdır".

E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlüləsizliyi Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.

D.Rüstəmov bu istiqamətdə lokal fəaliyyət həyata keçirildiyini bildirib: "Dövlət və özəl sektor arasında bu mübadilə inkişaf edir. Bank sektoru demək olar ki, tamamilə bu platformaya qoşulub. Təqdirəlayiq haldır ki, özəl sektor da bu sahədə öz töhfəsini verməkdədir. Heç kim kibertəhdidlərdən sığortalanmağa dair zəmanət vermir. Kibertəhdid məlumatlarının ən qısa müddətdə mübadilə olunması bütün tərəflərin xeyrinə olar".

O, kiberhücumlara qarşı mübarizədə beynəlxalq əməkdaşılığın əhəmiyyətli olduğunu söyləyib: "Azərbaycan kritik informasiya strukturlarına hədəfli kiberhücumlar müşahidə olunur. Bu hücumlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir. Kibertəhlükəsizlik sahəsində peşəkar komandaya sahib olan və yalnız kibertəhlükəsizlik xidmətləri təqdim edən şirkətlərimiz var. Onlar həm də münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Belə şirkətlərin beynəlxalq əməkdaşlıq imkanları mövcuddur. Dünyanın qlobal şirkətləri və iri korporasiyaları ilə kibertəhdidlərə qarşı mübarizə sahəsində imkanlar günü-gündən artmaqdadır".

Şəbnəm Mehdizadə