"Kibertəhlükəsizliklə bağlı təhsil proqramlarının təkmilləşdirilməsinə ehtiyac var".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.
"Kibertəhlükəsizliyin təmin olunması ölkəmiz üçün əhəmiyyətli məsələlərdən biridir. Bu sahədə təhsilin inkişafı, tədqiqatların aparılması, kadrların hazırlanması əsas hədəflərdəndir. Burada əsas rol universitetlərin üzərinə düşür. Azərbaycan Texniki Universiteti də bu işlərdən geri qalmır. Həm bakalavr, həm də magistr pilləsində kibertəhlükəsizlik ixtisası üzrə təhsil veririk. Bizim üçün əsas məsələ təhsilin keyfiyyətidir", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
