Bu gün “Between” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçirilib.
E-huquq.az xəbər verir ki, "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin direktoru, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev tədbirdə spiker qismində iştirak edib.
O, əmlak və digər investisiya imkanlarından effektiv istifadə ilə bağlı tövsiyələrini verib. Tanınmış vəkil, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda daşınmaz əmlak sahibi olmasının şərtlərindən danışıb.
Ş.Mirzəyev sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda Ş.Mirzəyev Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsində spiker qismində iştirakına görə təltif edilib.




