Məzmuna keç

Hüquq və İnsan Haqları İnstitutu hüquqşünas alimlərə çağırış etdi

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində fəaliyyət göstərən yüksəkixtisaslı alimlərin xarici jurnallarda dərc olunan məqalələrə olan istinadları və onların H-indeksləri haqqında statistik məlumatlarının dünya üzrə reytinq axtarış cədvəlində əks etdirən axtarış bazası hazırlayır.

İnstitutdan e-huquq.az-a verilən məlumata görə, bu axtarış bazası alimlərin məqalələrinə olan tələbatın səviyyəsini ölçmək və hüquqşünas alimləri beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.

Bunun üçün Hüquq və İnsan Haqları İnstitutu hüquqşünas alimlər arasında elektron sorğu keçirir.

Sorğuda iştirak etmək üçün bu linkə daxil ola bilərsiz.