Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə prokurorluqda araşdırma aparılır


  • 16 İyun 09:33

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

Oxşar xəbərlər