Məzmuna keç

DİN: Bakıda qətldə şübhəli bilinən şəxsi tərksilah edən mülki geyimdə olan polis əməkdaşıdır

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Xatırladaq ki, dünən Nərimanov rayonunda qətl hadisəsi törədilib.