Məzmuna keç

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri”ni təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, yuxarı hədlər (əks istiqamət üzrə eyni olmaqla) aşağıdakı kimi müəyyənləşib:

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,3 manat məbləğində müəyyənləşib.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.