Baş nazir qərar imzaladı


  • 10 İyul 16:18

Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:

- 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər