Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlandı


  • 11 İyul 09:17

Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər