- 3 İyul 20:36
Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərarla bitum “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.
Bu Qərar 2024-cü il avqustun 1-dən qüvvəyə minir.